Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, noyabırın 1-i və 2-də Gəncədə II Beynəlxalq Şərab Festivalı keçiriləcək. Festival çərçivəsində şəhərin Cavadxan küçəsində nümayiş olunacaq bədii hissənin artıq son məşqləri gedir. Məşqlərə baxmaq üçü. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, eləcə də ictimayyət nümayəndələri, ziyalılar hazırlıqlar aparılan məkana gəliblər. Elmar Vəliyevə bildirilib ki, ssenariyə uyğun olaraq girişdə əvvəlcə Dədə Qorqud qonaqları salamlayacaq.Daha sonra küçə boyu şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivlərinin əl işlərindən ibarət sərgi, qədim məişət əşyaları nümayiş olunacaq. Burada Gəncəyə aid digər eksponatlar, rəsmlər və heykəllər də təqdim ediləcək. 30-a yaxın ölkənin iştirak edəcəyi festival ötənilkindən fərqlidir.
Mənbə: Milli.Az