Qadin.NET / 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarınından yeni xəbər

2015-ci ildə Bakıda ilk Avropa Oyunlarınından yeni xəbər

 

Təşkilatçılar 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının keçirilməsi üçün istifadə olunacaq rəmzi məkan və yerlərin bəzilərini ilk dəfə olaraq ictimaiyyətə açıqlayıblar. Trend-in məlumatına görə, yerli və xarici mediaya Bakıda əcnəbi atletləri və idman tədbirlərini qəbul edəcək bir sıra yerlərin, eləcə də məşhur "Eurovision 2012" müsabiqəsinin keçirildiyi və 2015-ci ildə Avropa Oyunları zamanı voleybol yarışının təşkil ediləcəyi Kristal Sarayın kiçik ön təqdimatı nümayiş etdirilib.Media turu Oyunlara hazırlıq sahəsində, eləcə də yarışlarda iştirak edən elit atletlər üçün yeni yüksək standartlı yaşayış və hazırlıq işlərini təmin etmək məqsədi ilə geniş, lazımi şəkildə seçilmiş və təchiz edilmiş yüksək keyfiyyətli otaqlardan ibarət Atletlər Kəndində irəliləyişi yoxlamaq üçün Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının ikinci səfəri ərəfəsində baş tutub.Tədbirə rəhbərlik edən və tənzimləyən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bildirib: "Bakı 2015"-in təşkilatçıları atletləri bu Oyunlara hazırlıq işlərinin önünə qoymuşlar və Kənddə lazımi qaydada qurulmuş və xidmət göstərilən otaqlar və yaşayış sahələri isə 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edən atletlər üçün mümkün qədər ən gözəl şəraitin təmin edilməsinə yönəlmiş düşüncənin sübutudur".Media turu Avropanın 18 idman növü üzrə 49 Olimpiya dövlətindən gələcək təxminən 5600 yarış iştirakçısının iştirakı gözlənilən və dörd ildə bir dəfə keçiriləcək 2015-ci ildə qitənin ilk mühüm pan-Avropa çox idman növlü tədbiri üçün Bakıda planlaşdırılan unikal Oyunlar təcrübəsinə kiçik nəzər salmaq imkanı yaratdı.Eyni zamanda, Bakı İdman Zalı, Azadlıq Meydanı, Gimnastika Arenası və Olimpiya stadionunun görüntülərini əks etdirən turda Oyunlar üçün məkanların hazırlanması və tikintisi işində böyük irəliləyiş təsvir edilib.Tədbirin planlaşdırılması işlərinə rəhbərlik edən Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov qeyd edib: "Biz Oyunlar üçün yeni, mövcud və müvəqqəti məkan və strukturların gözəl kombinasiyasına malikik və 21 stadion ilə qurğuların əksər hissəsinə aid hazırlıq işləri xeyli irəliləyib. Bu, Oyunlar zamanı atletlər üçün yüksək keyfiyyətli məkanların tərəfimizdən təmin edilməsi üçün gələn aylar ərzində stadion və idman mərkəzlərinin yoxlanılması və mükəmməl şəkildə uyğunlaşdırılmasına diqqət yetirmək imkanını yaradacaq".Məkanların yerləşməsi, həmçinin təşkilatçıların şəhərin ən mühüm, möhtəşəm memarlıq əsərlərinin və ictimai yerlərin, o cümlədən göylərə ucalan Alov Qüllələrin və fəvvarələrin yarış yerlərində və kənarda, eləcə də bütün Bakıda təkrarolunmaz mühitin yaradılması üçün Oyunların ab-havasına necə uyğunlaşdıracağını nümayiş etdirdi.Azərbaycan hökuməti Avropa Oyunların beynəlxalq idman təqvimində mühüm tədbir kimi göstərmək, eləcə də yeni hava limanı terminalını, 13 nəqliyyat layihəsini, o cümlədən metro və avtobus sistemlərinə edilən təkmilləşdirməni və bir çox digər infrastruktur və şəhərin abadlaşdırılması layihələrini nümayiş etdirmək üçün Bakının hər yerində geniş miqyaslı hazırlıq işlərinə sərmayə qoyur.Bakıda Avropa Oyunlarının Təşkilat Komitəsinin baş icraçı nümayəndəsi Cim Şer bildirib: "Biz bu yaxınlarda Oyunlara qalan 600 gün tarixini qeyd etdik və ümidvarıq ki, Bakıya gələn qonaqlar şəhər və qitənin ilk Avropa Oyunlarına vaxtı davamlı şəkildə hesablayan halda get-gedə artan yarış həyəcanı və enerjini hiss etməyə başlaya bilər".Bakı 2 milyondan artıq əhalisi olan Xəzər dənizinin sahilində ən böyük şəhərdir. Keçmişdə İpək Yolunun mühüm hissəsi olmuş bu şəhər Avropa, Asiya və Orta Şərqin kəsişdiyi məkanda yerləşir. Bu gün, Bakı YUNESKO-nun Dünya İrsi siyahısına salınmiş İçərişəhəri ilə müasir, möhtəşəm memarlığı özündə birləşdirir. Azərbaycan tolerantlıq və səmimi qonaqpərvərlik ənənəsi ilə seçilən çox mədəniyyətli cəmiyyətdən ibarətdir.

 

 

Mənbə: Milli.Az

28 oktyabr 2013
GO BACK