Qadin.NET / Mobil telefonlar üçün qorxulu virus yayılıb

Mobil telefonlar üçün qorxulu virus yayılıb

 

"Android" platformasında işləyən telefon sahibləri təhlükə qarşısındadırlar. Pulları oğurlana və müflis ola bilərlər. Rusiyanın "Meqafon" və "Kaspersky" laboratoriyası "Android" platformasında işlətəyən mobil telefonlarda yayılan zərərli proqram haqda xəbərdarlıq ediblər. Həmin proqram bank kartlarındakı pulları dələduzların hesabına köçürür. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu proqram tez bir zamanda heç nə hiss etdirmədən öz qurbanının bank hesabından əhəmiyyətli dərəcədə pul çıxara bilir. SMS vasitəsi ilə yayılan bu virus, eyni zamnada nömrənin balansında olan pulları da köçürə bilir. Dələduzlar smartfon sahiblərinə içində hiper keçid olan SMS göndərirlər. Həmin hiper keçidə daxil olduqdan sonra ziyanlı proqram avtomatik yüklənir. Bundan sonra balansdakı pullar dələduzların elektron cüzdanlarına keçir. Əgər nömrə bank hesabına bağlıdırsa, bankdakı pullar da əldən gedir. 

 

Mənbə: Milli.Az

28 oktyabr 2013
GO BACK