Qadin.NET / "Xəstəyəm" deyib işdən qaçanlar, neçə nəfərsiz?

"Xəstəyəm" deyib işdən qaçanlar, neçə nəfərsiz?

 

Careerbuildıng” iş dünyası saytının araşdırmasına görə, keçən il sağlam olduğu halda “xəstəyəm” bəhanəsi ilə işdən qaçanlar 32 faiz təşkil edib. 30 faiz isə xəstə olduğu halda icazə almayıb və icazə günlərini bu tip bəhanələrdən istifadə edəcəyi günlər üçün “saxlayıb”. Dünya miqyasında, internet vasitəsilə sorğuya qatılanlar etiraf ediblər ki, insanlar bayram, tətil dönəmlərində əvvəlki ilə müqayisədə daha çox xəstəlik bəhanəsindən istifadə edir. Məsələn, Yeni il tətilinin olduğu dekabr ayı işçilərin daha çox icazə aldığı dönəm sayılır. Dekabr ayından sonrakı sıraları yanvar və fevral ayları tutur. İş sahiblərinin 64 faizi xəstəliklə bağlı arayış tələb etdikləri halda, 48 faizi telefon zəngi ilə alınan icazəni qəbul edib. Bundan başqa, iş sahibləri də icazə alan işçilərini izləmək üçün ilginc vasitələrə əl atır. Araşdırmaya görə, onların 19 faizi işçilərinin sosial mediadakı paylaşmalarını təqib edib, 17 faizi həmin işçilərə zəng vuraraq nəzarət edib, 15 faiz isə onların evinə baş çəkib.

 

 

Mənbə: Milli.Az

28 oktyabr 2013
GO BACK