Azərbaycanın ilk peşə-ixtisas təhsili müəssisələrində bəzi ixtisaslar üzrə qruplarda şagirdlərin sıxlığı azaldılıb. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramına (kurikulum) yeni əlavələr edilib. Həmin dəyişikliyə əsasən, "sənətşünaslıq, mədəniyyət və incəsənət" peşə istiqamətində "030104 Memarlıq hissələrinin modelləşdirilmıəsi və yapılması", "030105 Dekorativ suvaq və yapma məmulatlarının bərpası", "030106 İnşaat işlərinin bərpası", "030108 Daş və ağac memarlıq abidələrinin bərpası", "030109 Musiqi alətlərinin bərpası" ixtisas qrupları üzrə, "İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə" peşə istiqamətində "030207 Kino-video nümayişi", "030211 Fotoqraf işi" ixtisas qrupları üzrə, "İlkin tələbat və ərzaq mallarının texnologiyası" peşə istiqamətində "030819 Modelçilik və dizayner" ixtisas qrupu üzrə peşə hazırlığı həyata keçirilən tədris qruplarında orta sıxlıq 10 nəfərdən az olmamaqla müəyyən edilə bilər.Hazırda "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)"na görə, Təhsil Nazirliyi tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinin tədris qruplarında orta sıxlıq maddi-texniki bazadan asılı olaraq 20 nəfər müəyyən edilir. Əgər maddi-texniki baza imkan vermirsə, orta sıxlıq 20 nəfərdən artıq ola bilər. Adları sadalanan ixtisas üzrə isə qruplar yeni dəyişiklıik əsasında yaradılmalıdırlar.
Mənbə: Milli.Az