Bu gün Braziliya yığmasının sabiq hücumçusu Qarrinçanın doğum günüdür. Milli.Az-ın məlumatına görə, Braziliya futbolunun ən yaxşılarından olan Qarrinça 20-ci əsrin ən yaxşı futbolçuları siyahısında dünya futbolçuları arasında 8-ci, Cənubi Amerikadan olanlar arasında isə 4-cü yeri tutur.Manuel (Mane) Fransisko dos Santos 1933-cü il oktyabrın 28-də Pau-Qrandidə anadan olub. 1983-cü il yanvarın 20-də Rio-de-Janeyroda dünyasını dəyişib. Qarrinçanın karyerası “Botafoqo” klubunda parlamağa başlayıb. 579 oyuna 249 qol vurub. “Botafoqo”da ciddi zədələnəndən sonra klub onu satıb.Qarrinça “Botafoqo”dan sonra heç bir klubda çox qala bilmirdi. 1955-ci ildən 1966-cı ilə kimi Qarrinça Braziliya yığmasında oynayıb və ikiqat dünya çempionu olub. 1958 və 1962-ci illərdə Dünya çempionatında 4 top ilə ən yaxşı bombardir olub. Milli.Az əfsanəvi futbolçu haqda məşhur “Qarrinça, xalqın fəxri” filmini sizə təqdim edir.
Mənbə: Milli.Az