Qadin.NET / Bakıda külək istiqamətini dəyişəcək, rayonlarda duman olacaq

Bakıda külək istiqamətini dəyişəcək, rayonlarda duman olacaq

 

Sabah Azərbaycanda mülayim hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 9-12, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraitinin üstünlüyü və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.Azərbaycanın rayonlarında oktyabrın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimal olunur. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 6-11, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

 

 

Mənbə: Milli.Az

28 oktyabr 2013
GO BACK