Qadin.NET / Azərbaycanlı zəvvarların sonuncu qrupu vətənə döndü

Azərbaycanlı zəvvarların sonuncu qrupu vətənə döndü

 

 

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, sonuncu zəvvar qrupunu gətirən təyyarə reysi Bakı vaxtı ilə səhər saat 09:00-da Heydər Əliyev adına Hava Limanında yerə enib.QMİ-dən bildirilib ki, bununla da Azərbaycanda həcc ziyarəti mövsümü uğurla başa çatıb və gedən zəvvarların hamısı sağ-salamat geri dönüblər. Zəvvarların səhhətində heç bir problem qeydə alınmayıb.Qeyd edək ki, bu il Azərbaycandan həcc ziyarətində 3700 zəvvar iştirak edib. Onların geri dönüşü oktyabrın 22-dən başlayıb. 

Mənbə: Milli.Az

28 oktyabr 2013
GO BACK