Trend İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyevin "həri" mərasimi olub. Milli.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, jurnalist sevdiyi qızın "hə"sini almağa özü gedib və bu qız üçün sürpriz olub. Belə ki, o, sevdiyi xanımın ardınca at belində gedib. Qeyd edək ki, Muradın sevdiyi xanım əslən ukraynalıdır. Onların yaxın vaxtlarda nişan və toy mərasimi olacaq.
Mənbə: Milli.Az