Qadin.NET / Dünyanın ən sürətli avtomobili satılacaq

Dünyanın ən sürətli avtomobili satılacaq

 

Amerikanın RK Motor Collector Car Auctions hərrac evi satışa ümumi istifadə edilən yollar üzrə hərəkət üçün buraxılmış ən sürətli avtomobil hesab edilən Lotec Mercedes-Benz C1000 superkarını çıxaracaq.Milli.Az 4charx.com-a istinadən bildirir ki, superkar yeganə nüsxədə 1995-ci ildə hazırlanıb. Kupe dünyada ən sürətli avtomobilə sahib olmaq istəyən Birləşmiş Ərəb Əmirliklərindən bir biznesmenin fərdi sifarişi üzrə alman idman maşınları istehsalçısı Lotec və Mersedes şirkətləri tərəfindən birgə işlənib hazırlanıb.Avtomobilin 5,6-litrlik V8 Mercedes mühərriki 1000 a.g. hasil edir.Kupe ilk "yüzlüyü" 3,2 saniyə ərzində yığmağı bacarır və onun maksimal surəti saatda 431,3 kilometr təşkil edir. Müqayisə üçün Bugatti Veyron Super Sport maksimum sürəti də elə o qədər - saatda 431 km -dir.Hərrac 31 oktyabr - 3 noyabr müddətində Amerikada, Şarlottada keçiricək. Sifarişçiyə avtomobil 3,5 milyon dollard başa gəlmişd. İndi maşın üçün 1 - 1,3 milyon dollara qədər qazanmaq planlaşdırılır.

Mənbə: Milli.Az
Dünyanın ən sürətli avtomobili satılacaq


28 oktyabr 2013
GO BACK