Hakim "Gürcü arzusu" partiyasının namizədi Giorgi Marqvelaşvili Gürcüstanda keçirilmiş prezident seçkilərində liderlik edir. Trend-in məlumatına görə, bu haqda "Premyer" jurnalının və ghn informasiya agentliyinin sifarişilə SOCİS şirkətinin keçirdiyi exit-pollun nəticələrində deyilir.Yekun səs sayımına görə, Giorgi Marqvelaşvili seçicilərin 65 faizinin dəstəyini qazanıb.İkinci yerdə 16 faizlə "Vahid Milli Hərəkat" partiyasının namizədi David Bakradzedir. Onu 9 faiz səslə Nino Burcanadze izləyir.Digər 20 namizəd isə 1 faiz səsi bölüşürlər.Qeyd edək ki, exit-poll 152 seçki məntəqəsində 12 100 seçici arasında keçirilib.
Mənbə: Trend.Az