Qadin.NET / Gürcüstanda seçkini izləyən müşahidəçinin doğuş sancısı başladı

Gürcüstanda seçkini izləyən müşahidəçinin doğuş sancısı başladı

 

Gürcüstanda prezident seçkiləri zamanı maraqlı hadisə baş verib. Anspress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, məntəqələrdən birində hamilə qadın müşahidəçi qismində iştirak edib. Lakin seçki başlayandan bir necə saat sonra qadının doğuş sancıları başlayıb. Sancıları başlayan müşahidəçi dərhal xəstəxanaya aparılıb. Onun burada oğlu dünyaya gəlib. “Facebook” istifadəçiləri hamilə müşahidəçiyə maraqlı təklif veriblər. Belə ki. onlar körpəyə yeni seçiləcək prezidentin adını qoymağı təklif ediblər. Xatırladaq ki, bu gün Gürcüstanda prezident seçkiləri keçirilir, prezident kürsüsüsnə 23 namizəd iddia edir.

Mənbə: Milli.Az

27 oktyabr 2013
GO BACK