Volkswagen elan edib ki, konsernin vətənində XL1 start qiyməti € 110.000 təşkil edəcək.XL1 çox güman ki, son illərin ən maraqlı VW modellərindən biridir və buna görə o, sözsüz ki, özünün son dərəcə az yanacaq sərfiyyatına (0,9 litr/100 km) və CO2 xaricetməsinə görə (20 qr/1 km) borcludur. Hibrid model 47 a.g. olan 2 silindrli kiçik TDI və 27 güclü elektrik mühərriklə təchiz edilib.Şirkət bildirib ki, buraxılışı yalnız 200 vahidə qədər məhdudlaşdırılacaq Volkswagen XL1 karbon plastikdən hazırlanmış kuzova və sol yönlü sükan yerləşməsinı malik olacaq. Böyük Britaniya bazarında onun ilkin qiyməti £ 100.000 olacaq.VW-a əsasən XL1 12.7 saniyə ərzində 100 km/saat qədər sürətini artıra və 162 km/saat maksimal surətə (qoşulmuş məhdudlaşdırıcı ilə) nail ola bilər. Bundan başqa, XL1 50 kilometr elektrik gediş ehtiyatına malikdir.