Qadin.NET / Etna oyandı

Etna oyandı

 

Etna oyandı

Avropanın ən fəal vulkanlarından olan Etnada partlayışlar baş veməyə başlayıb. Anspress-in məlumatına görə, İtaliyanın Siciliya adasındakı vulkan ötən gün meydana gələn yüngül təkanlardan sonra daha da aktivləşib. Belə ki, vulkan od püskürməyə başlayıb. Amma rəsmilər partlayışların ətrafda yaşayanlar üçün təhlükəli olmadığı bildiriblər. Xatırladaq ki, Etna vulkanı 1992-ci ildə baş verən böyük partlayışdan sonra daima fəaldır. Vulkan zaman-zaman lava, çox vaxt isə kül püskürür.

 

Mənbə: Milli.Az

27 oktyabr 2013
GO BACK