Qadin.NET / İran daha bir ilkə imza atır

İran daha bir ilkə imza atır

 

İrandan daha bir ilk. Anspress-in "CNN türk"ə istinadla verdiyi məlumata görə, bu ölkə sosial və sağlamlıq sahəsində daha bir addım atıb. Belə ki, tarixində ilk dəfə olaraq Tehranda alkoqollu içkilərdən asılılığı olanların müalicəsi üçün klinika açılıb. Klinikanın açılması üçün ötən ay icazə verilmişdi. Reabilitasiya mərkəzinin açılışından sonra yayılan məlumatlarda İran hakimiyətinin içki asılılığına cinayət kimi deyil, xəstəlik kimi baxdığı bildirilib. Xatırladaq ki, İranda spirtli içki içmək inqilabdan sonra qadağan edilib. Rəsmi rəqəmlərə görə, ildə 60 - 80 milyon litr içki qeyri-qanuni şəkildə ölkəyə gətirilir. Bunun ancaq 20 milyon litrini aşkarlamaq mümkün olur.

 

Mənbə: Milli.Az

27 oktyabr 2013
GO BACK