Qadin.NET / Gürcüstan Prezident seçir

Gürcüstan Prezident seçir

 

Oktyabrın 27-də Gürcüstanda Prezident seçkilərində səsvermə başlayıb. Seçki məntəqələri səhər saat 08:00-dan 20:00-dək açıq olacaq.Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Gürcüstan ərazisində seçkilərdə iştirak edə biləcək seçicilərin sayı 3 537 719 milyon nəfər təşkil edir. Ölkədə 3 655 seçki məntəqəsi və 34 əlavə xüsusi məntəqə açılacaq.Gürcüstandan kənarda 50 seçki məntəqəsi fəaliyyət göstərəcək. Burada xidməti işləri üzrə xaricdə yaşayan və olan Gürcüstanın 48 458 vətəndaşı səs verə biləcək.Prezidentliyə namizədlər qismində 23 nəfər rəsmən qeydə alınıb. Prezidentliyə namizədlər qismində - "Gürcü arzusu" hakim koalisiyasının nümayəndəsi Georgi Marqvelaşvili, parlamentin sabiq spikeri Nino Burcanadze, keçmiş hakim partiya olan Vahid Milli Hərəkatın namizədiDavid Bakradze və digərləridir.

Mənbə: Milli.Az
27 oktyabr 2013
GO BACK