Qoç - Səhər saatlarından etibarən aktiv işə başlayın. Yoxlamalar, təftiş, elektrik avadanlıqlarından birinin və ya bir neçəsinin sıradan çıxması, nasazlıq istisna deyil. Situasiyalara gərəkli istiqamət və məziyyət verin. Tənbəllik etməyin, boş söhbətlərə vaxt sərf etməyin.
Romantik münasibətlər üçün uğurlu gün deyil. Vəd və öhdəlikləri pozmayın. Verdiyiniz sözə əməl edin. Münasibətlərin zahiri məqamlarına fikir verin. Qarşı tərəf ətrafdakı insanların fikirlərinə həssasdır. Razılaşma əldə etmək, ortaq məxrəcə gəlmək asan deyil.Axşam saatlarınızı bütünlüklə ailəyə həsr edin.
Buğa - Maliyyə və maddi məsələlərdə bacardıqca realist olun. Sizin üçün indiyədək çox mühüm olan hisslərdə soyuma və sərinləşmə müşahidə olunur. Yanılmayın, səhv nəticəyə gəlməyin. Rifahınıza və durumunuza təsir edə biləcək səhv addımlar atmayın. Etibar etdiyiniz ağıllı adamın müdrikliyinə güvənin, yaxşı məsləhəti qulaqardına vurmayın. Məqsədə doğru irəliləyişdə ciddi maneələr yarana bilər. Sədləri aşmaq üçün imkan, səyləri əsirgəməyin. Rəqabətdə uğur qazanmaq üçün var qüvvə ilə çalışmalı olacaqsınız.
İstəmədiyiniz seçim qarşısında qalacaqsınız. Lakin bu seçim gərginlik və təlaşı azaldacaq.
Əkizlər - Zahiri fors-majora rəğmən müstəqil çalışın, problemləri təkbaşına həll edin. Əsla ruhdan düşməyin. İşlər öz axarındadır. Sadəcə, onlara düzgün istiqamət vermək gərəkdir. Bir sıra məqamlara yenidən qayıtmamaq üçün onları tələsdirməyə dəyməz. Gələcəklə bağlı əsaslı planlar qurmaq, vasitə və dəstək aramaq, təcrübəli şəxslərlə məsləhətləşmək, təhlillər aparmaq olar.
Əkizlər - Zahiri fors-majora rəğmən müstəqil çalışın, problemləri təkbaşına həll edin. Əsla ruhdan düşməyin. İşlər öz axarındadır. Sadəcə, onlara düzgün istiqamət vermək gərəkdir. Bir sıra məqamlara yenidən qayıtmamaq üçün onları tələsdirməyə dəyməz. Gələcəklə bağlı əsaslı planlar qurmaq, vasitə və dəstək aramaq, təcrübəli şəxslərlə məsləhətləşmək, təhlillər aparmaq olar.
Önəmli və ciddi hadisə baş verəcəksə, situasiyaya müdaxilə etməyin. Gərəksiz təşəbbüslə çıxış etməyin. Prioritetlərin yenilənməsi, yeni işə meyllənmə olacaq. Tələsməyin. Yenilik üçün gərəkli təməl yaranmalı, dəstək alınmalıdır.
Xərçəng - Heç nəyi öz axarına buraxmayın, işləri nəzarətsiz qoymayın. Çoxsaylı problem və ya iradların yığıldığı müstəvilərdəki durumu izləyin. Avtoritar fiqurlarla münasibətlərdə sərtlik yarana bilər. Sizə təzyiq göstəriləcək. Əsla geri çəkilməyin, əyilməyin, sınmayın.
Yaxın ətrafınızdakı insanların tələbkarlığı rahat davranmağa, aram işləməyə imkan vermir. İkiqat yük altındasınız. Ona görə də təbdən çıxmayın, soyuqqanlı və dözümlü olun. Emosiyaların əsarətinə düşməyin.
Yaşam arealında və işlərdə gərəkli dəyişikliklər zamanıdır. Zərərli vərdişlərdən əl çəkin, pozitiv fəaliyyətə başlayın. Ünsiyyət dairənizi genişləndirin.
Şir - Maraq dairənizdə olan məsələdə gərginlik yaranır. Önəmli məsələdə ləngimələrin yaranmaması üçün aktiv olun. Emosional fona rəğmən, soyuqqanlı və təmkinli davranın. Ətrafınızdakı insanlardan birinin felinə uymayın. Sizi uzun söhbət və "haqq-hesab çəkilməsi"nə cəlb etmək istəyən insana aldanmayın. Gərəksiz nəsnə, hisslər və insanlardan imtina edin, boş xülyalarla və mənasız illüziyalarla vidalaşın.Yaxın saydığınız insanlardan biri ilə təmaslarda mühüm söhbətin təməli qoyulacaq. Əlaqələrinizdə daha çox konkretliyə nail olun.Ev işləri ilə planlaşdırdığınız vaxtdan da çox məşğul olmalı olacaqsınız.Alış-verişdə çox pul xərcləməyin. Yaşam arealınızda dəyişikliklər edərək estetik yeniliklərə nail ola bilərsiniz.
Qız - Ətrafınızda baş verən hadisələri diqqətlə müşahidə edin. Olayların emosional məzmununa varmağa çalışın. Gün rəvan deyil. Təşəbbüslər, sonra da inamsızlıq və ironiyaya yuvarlanma olacaq. İnadla çalışaraq işlə bağlı ünsiyyətə hazır olun. Sənədləşdirmə, anlaşma, vədələşmə, ciddi məsələlərlə bağlı razılaşmalar və sifarişlərin alınması ilə verilməsi üçün əlverişli gün deyil.
Lakin hansısa məsələ təcili həllini tələb edirsə, ehtiyatla, bütün tərəflərin maraqlarını nəzərə alaraq dərhal işə başlayın. Əks təqdirdə şərik və ya iş yoldaşınızın kəskin etirazları ilə üzləşəcəksiniz.
Əyləncə, istirahət, çimərliyə yollanmaq bu gün üçün deyil. Romantik gözləntiləriniz puç ola bilər. Amma ciddi məsələni həll etmək üçün səbəb varsa, söhbətdən yayınmayın. Axşam saatlarını ev işlərinə həsr edin.
Tərəzi - Çətinliklər əhvalınızı pozmasın. Nikbin olun, qollarınızı çirmələyin və işə ciddi yanaşın. Ön planda mövqelərinizi möhkəmləndirəcək, sabaha inamınızı artıracaq fəaliyyət olmalıdır. Nüfuzlu insanla münasibətlərinizin indiki durumunu tənqid edə bilərsiniz. Amma ifrata varmayın.
Maliyyə məsələləri yenidən aktivləşir. Xərcləri azaltmaq, ənənəvi, adət etdiyiniz xərclərin bir qismindən imtina etmək üçün əlverişli vaxtdır. Daha qənaətli yaşam tərzi keçirməyinizi şərtləndirən məqsədləri müəyyənləşdirin.
Axşam saatlarında yaxınlarınızla həssas olun, ailə üzvlərinizin qayğısına qalın.
Əqrəb - Yeni işə başlamaq, karyera yerdəyişmələri və başqa mühüm işlər üçün uğursuz gündür. Hadisələr sürətlə inkişaf edir. Günün ikinci yarısında emosiyalar tarıma çəkiləcək. Reaksiyalar və sözlərdə məhdudiyyət bilməyənlərə baş qoşmayın. Kimsəyə imkan verməyin ki, sizə təsir etsin, davranışınızı axarından çıxarsın.
Günün mənfi cəhətləri ilə yanaşı, müsbət cəhətləri də az deyil. Çətinliklərdən birgə çıxış yolunun aranması həmkarlarınızdan biri ilə münasibətlərinizi keyfiyyətcə yeni səviyyəyə yüksəldə bilər.
Romantik görüşlər üçün pis gün deyil. Bir şərtlə ki, maraqlar əvvəlcədən razılaşdırılıb və mübahisə sizin ünsiyyətinizin adi formatı deyil.
Oxatan - Çevik və taktikalı davranın, kəskin hərəkətlər etməyin, tərəfdaşlarınızdan mümkün olmayanı tələb etməyin. Məhz tərəfdaşlar indi gəlir mənbəyi, imkanların genişləndirilməsi və yeni təəssüratlar mənbəyidir. İşinizin keyfiyyətini yaxşılaşdırın. Yerdə qalan hər şey az sonra öz yerini tapacaq.
Şəxsi münasibətlərdə əhəmiyyətli yeniliklər yaşana bilər. İkili standartlara uymayın, öhdəlik və vədləri pozmayın. Tərəfdaşla razılaşdırdığınız məsələyə riayət edin.
Günün ikinci yarısında ailənin problemləri və ev işləri ilə məşğul ola bilərsiniz. İşıq, su və ya qazla bağlı problemlər yaranacaq. Problemlərin səbəbkarı vəzifə borclarını bərbad yerinə yetirən məmurlar, ya da strukturlardır.
Boş vaxtınızda təhsil, bilik və ya bacarıqlarınızı, təcrübənizi artırın. Çünki az sonra sizə gərək olanı axtarmağa və ya işi düşünmədən ünsiyyətdə olmağa bir dəqiqə vaxtınız olmayacaq.
Oğlaq - Yaxın ətrafınızda və ailənizdə olan problemlərə laqeyd münasibət bəsləməyin. Yığılıb qalan iddialar, iradlar böhranlara, münasibətlərin sərinləşməsinə, əlaqələrin kəsilməsinə səbəb ola bilər. Xahişlər, təvəqqelər, tərəfdaşların təklif və nigaranlıqlarını nəzərə alın. Qərarları məsləhətləşərək qəbul edin. Nəyisə dəyişməyə və ya yeni işlərə başlamağa tələsməyin.Həyatınızda və ya münasibətlərinizdə hansısa məqam çətinləşibsə, situasiyanı sakit şəkildə təhlil edin, maneələri aradan qaldırın, təmasları intensivləşdirin. İndi təzahür edən xoşagəlməz məqamlar tərəfdaşınız olan insanın tərəddüdləri, onun sığortalanmaq cəhdləri ilə bağlıdır.
Sizə qarşı edilən təxribatları cavabsız qoysanız, mövqeləriniz daha da möhkəmlənəcək. İzafi enerjidən daha rasional istifadə edin.Axşam saatlarında istirahət edin.
Dolça - Yaxın vaxtlarda qarşılaşa biləcəyiniz çətinliklərin ilkin konturları indi izhar olacaq. Şəxsi münasibətlərdə problemlər, ayrılıq, görüşün təxirə salınması mümkündür. Təmir və ya alış-veriş planlaşdırıbsınızsa, qənaətin yollarını arayın. Gəlir vasitələrini təhlil edin. Pul qazanmağın bütün yollarından istifadə edib-etmədiyinizi araşdırın.
Vaxt və resurslarınızı boş işlərə sərf etməyin, mənasız işlərə qatılmayın. İmkanlarınızın son həddini bilin, ətrafınızdakı insanların da bunu anlamasına imkan yaradın. Axşam saatları daha əlverişlidir. Faydalı məlumatlar uzaqdan gələ bilər. Yazışmada xeyir var.
Balıqlar - Özünüdəyərləndirmə böhranı, nüfuzlu insanlar və sizə yaxın olan adamlarla münasibətlərə yenidən baxılması istisna deyil. Proseslər cari işlərə təsir etməyəcək. Hər şey plan üzrədir. Yaranan imkanları əldən verməyin, gələn təklifləri qulaqardına vurmayın. Avantüralara başlamayın, konstruktiv əsası olan işlərlə məşğul olun. Gərəkli informasiyanın toplanmasına, əlaqələrin yaradılmasına önəm verin.
Maliyyə məsələləri aktivləşə bilər.
Axşam saatlarında emosional travmaya məruz qalmış insanlara xüsusi diqqət yetirin. Valideynlərlə əlaqə saxlayın.
Mənbə: Milli.Az