Qadin.NET / Azərbaycan boksçuları tarix yazdılar

Azərbaycan boksçuları tarix yazdılar

 

Qazaxıstanın Almatı şəhərində keçirilmiş dünya çempionatında baş mükafata sahib çıxan Məhəmmədrəsul Məcidov (+91 kq) Azərbaycan boksunda tarix yazıb. Azerisport.az xəbər verir ki, 2011-ci ildə Bakıda təşkil olunmuş eyni yarışda qızıl medal qazanaraq Ağası Məmədovun (54 kq, 2013) nəticəsini təkrarlayan idmançı, bu uğura 2 il sonra yenə yetişərək, ilk 2-qat dünya çempionumuz olub.Almatıdakı planetin ən güclülərinin mübarizəsində rekord da qeydə alınıb. Milli komandamız ilk dəfə 2 qızıl mükafatda, ən böyük nəticəsini qazanıb.Buna qədər, paytaxtımızda keçirilmiş dünya çempionatı bizim üçün ən uğurlu sayılırdı: 1 qızıl və 1 gümüş medal.Xatırladaq ki, Məhəmmədrəsul Məcidovla (+91 kq) yanaşı Cavid Çələbiyev(56 kq) qızıl və Teymur Məmmədov (91 kq) bürünc medal qazanıb.Məcidovla Məmmədov üçün başqa bir əlamətdar hadisə, bu titullu boksçuların dünya çempionatlarında 2 dəfə, üstəlik, ardıcıl (olimpiada ilində DÇ təşkil olunmur) fərqlənmələridir.

Mənbə: Milli.Az

26 oktyabr 2013
GO BACK