Azərbaycan Dünya Energetika Konqresinin (The World Energy Council) enerji sabitliyi indeksi üzrə reytinqində 129 ölkə arasında 81-ci yerdə qərarlaşıb. Trend-in məlumatına görə, bu barədə konqresin rəsmi saytında dərc olunan hesabatda deyilir.Hesabatda qeyd olunur ki, indeks ölkədə enerji vəziyyətinin müqayisəli təhlili üzrə verilir və üç amilə əsaslanır: enerji təhlükəsizliyi, əhali üçün elektrik səmərəliliyi və energetika sahəsinin ekologiyası.Ölkələrə hər üç sahədə əldə olunan uğurlardan asılı olaraq A-dan D-dək reytinq verilib.Azərbaycan ümumilikdə BCD reytinqi əldə edib.Hesabata görə, Azərbaycan enerji təhlükəsizliyi göstəriciləri üzrə Cənubi Qafqazın digər ölkələri - Ermənistanı (95-ci yer) və Gürcüstanı (106) geridə qoyaraq 32-ci yerdə qərarlaşıb. Türkiyə bu göstərici üzrə siyahıda 64-cü yerdədir.Azərbaycan reytinqdə əhali üçün enerji səmərəliliyi səviyyəsinin sabit göstəriciləri üzrə 74, ekoloji sabitlik göstəriciləri üzrə isə 98-ci yerdədir.Ən yüksək qiymətlə hər üç istiqamət üzrə AAA reytinqini bu il beş ölkə alıb: İsveçrə, Danimarka, İsveç, Böyük Britaniya və İspaniya.Qeyd edək ki, Dünya Energetika Konqresi BMT yanında akkreditə olunan və energetika sahəsinin lider və ekspertlərini birləşdirən qurumdur.
Mənbə: Milli.Az