Qadin.NET / Ermənilərin daha bir yalanı ifşa olundu

Ermənilərin daha bir yalanı ifşa olundu

 

Ermənilərin daha bir yalanı üzə çıxıb.Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qondarma "Dağlıq Qarabağ "müstəqilliyi"nin 25 illiyi" ilə əlaqədar Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilmiş konfransda özünü guya BMT-nin nümayəndəsi kimi təqdim edən Qeofri Roberston adlı şəxs bəyan edib ki, Dağlıq Qarabağın "müstəqilliyi"ni tanımağın vaxtı çatıb. O, iddia edib ki, guya BMT-nin Ədliyyə məsələləri üzrə idarəsinin əməkdaşıdır.Azərbaycanın BMT yanında Daimi nümayəndəliyi məsələ ilə əlaqədar BMT-yə sorğu ilə müraciət edib.BMT Ədliyyə məsələləri üzrə idarəsinin icraçı direktoru Linda Teylor cavab məktubunda Q.Roberston adlı şəxsin BMT ilə əlaqəsinin olmadığını və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin BMT-yə və rəhbərlik etdiyi idarəyə aidiyyəti olmadığını bilidirib.Bu, erməni yalanının daha bir bariz nümunəsidir.

Mənbə: Milli.Az

26 oktyabr 2013
GO BACK