Qadin.NET / Təbrizdə Azərbaycan muğamı səsləndi

Təbrizdə Azərbaycan muğamı səsləndi

 

Bu barədə Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan Trend-ə məlumat verilib.Məlumata əsasən, Təbriz şəhərinin "Petroşimi" kompleksində keçirilən solo-konsertdə Azərbaycan Respublikasında musiqi təhsili almış "Azərbaycan-Muğam" musiqi qrupunun rəhbəri, gənc xanəndə Nasir Ətapurun ifasında Azərbaycan muğamları, eləcədə də "Sarı gəlin", "Küçələrə su səpmişəm" və sair bu kimi Azərbaycan xalq mahnıları səsləndirilib.Nasir Ətapurun 7 yaşlı kiçik şagirdinin ifasında səslənən "Qarabağ şikəstəsi" isə tamaşaçılar tərəfindən böyük alqışlarla müşayiət edilib.Konsertdə Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun kollektivi, eləcə də Nasir Ətapurun musiqi təhsili aldığı Azərbaycan Milli Konservatoriyasının müəllimi Qəzənfər Abbasov da iştirak etdib.Konsert tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Mənbə: Milli.Az

26 oktyabr 2013
GO BACK