Qadin.NET / BENQ qayıdır

BENQ qayıdır

 

Tayvanın BenQ kompüter texnikası istehsalçısı 2008-ci ilin ikinci yarısında tərk etdiyi mobil telefonlar bazarına qayıtmaq niyyətindədir.Belə ki, ilin sonunadək şirkət ilkin və orta səviyyəli məhsullar kateqoriyasına aid iki BenQ A3 və BenQ F3 smartfon modelini Tayvan bazarında satışa çıxaracaq. Qurğuların xarici ölkələrin bazarlarında satışa çıxarılması barədə məlumat verilmir.Milli.Az ICTnews-a istinadən bildirir ki, BenQ A3 dördnüvəli Qualcomm prosessoru, 960 x 540 piksel təsvir ölçülü (qHD) 4,5 düymlü sensor displey və 8 meqapikselli kamera ilə təchiz ediləcək. BenQ F3 dördnüvəli 1,2 giqahers takt tezlikli MediaTek MT6589 prosessor, 4,5 düym diaqonallı qHD-ekran və 12 meqapikselli quraşdırılmış rəqəmli kameraya malik olacaq.Mobil qurğuların istehsalına Qisda şirkətinin fabriklərində başlanılacaq. BenQ şirkəti mobil telefonlar bazarına təkrar qayıtması nəticəsində məhsullar çeşidini genişləndirə biləcək. Şirkət diqqətini hələlik monitor, televizor və proyektorların satışına yönəldib.

Mənbə: Milli.Az

26 oktyabr 2013
GO BACK