Qadin.NET / Hava haqqında - 26.10.2013

Hava haqqında - 26.10.2013

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru az çiskinli olacağı gözlənilir.Temperatur gecə 8-11°, gündüz 15-18°, Bakıda gecə 9-11°, gündüz 16-18° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 764 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacaq.
Temperatur gecə 6-11°, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında səhər və axşam yağış yağacağı ehtimalı var. 
Temperaturun gecə 1-6°, bəzi yerlərdə 3° şaxta, gündüz 18-23° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava ,əsasən, yağmursuz keçəcək. Gecə və səhər duman, çiskin olacağı, axşamadoğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə az yağış yağacaq.
Temperaturun gecə 4-9°, gündüz 16-21° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər duman, çiskin olacağı, axşamadoğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 3-8°, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° olacağı ehtimalı var.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 6-11°, gündüz 17-22° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 7-11°, gündüz 17-22° isti, dağlarda gecə 0-5°, gündüz 12-17° isti olacaq.
Mənbə: Milli.Az
26 oktyabr 2013
GO BACK