Yaxın bir neçə ayda Dənizkənarı Milli Parkda idman kompleksi olacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib:"Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin əməkdaşları kompleksin yerləşəcəyi əraziyə baxış keçiriblər. Kompleks layihəsi tərtib və təsdiq edildikdən sonra onun tikintisinə başlanılacaq. Tikinti işləri 1-2 aydan çox vaxt aparmayacaq".Onun sözlərinə görə, ümumilikdə yalnız zəruri avadanlığı gətirərək quraşdırmaq lazımdır: "Hesab edirəm ki, 2013-cü ilin sonu, 2014-cü ilin əvvəlində idman kompleksi istismara veriləcək".
Mənbə: Milli.Az