Qadin.NET / Zəminə Əliqızı vəzifəsindən azad olundu

Zəminə Əliqızı vəzifəsindən azad olundu

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı işindən azad olunub. Bu barədə musavat.com-a özəl mənbədən daxil olan xəbərdə qeyd olunur ki, təhsil naziri Mikayıl Cabbarov Zəminə Əliqızını vəzifəsindən kənarlaşdırıb. Eyni zamanda  Z.Əliqızı “Bakı təhsili” qəzetinin baş redaktor postundan da uzaqlaşdırılıb. Əməkdaşımızın məlumatı dəqiqləşdirmək üçün Z.Əliqızının özü ilə əlaqə saxlamaq cəhdi baş tutmayıb, o, telefonu açmayıb. 

 

 

Mənbə: Milli.Az

25 oktyabr 2013
GO BACK