Qadin.NET / Bakını işğal edən kompüter oyunu...

Bakını işğal edən kompüter oyunu...

 

Hər zaman sizə ən maraqlı oyunları təqdim edən Texno Park bu dəfə oyun dünyasının ən son yeniliklərini təqdim edəcək. Battlefield 4 fishing in Baku oyunun hazırlanması oyunsevərlərin lap ürəyindən xəbər verdi.Çünki bu oyunda baş verən hadisələr doğma Bakı küçələrində cərəyan edir. Oyundakı əsas məsələ Rusiya, ABŞ və Çin arasında gedən münaqişələrin fonunda baş verir.Lakin bu həftə oyun dünyamız bununla bitmir. World of Warplanes oyunu da hərbi xarakter daşıyır. Buradakı döyüş startı havada olur. Bu oyunla siz özünüzü əsl səma qəhrəmanı kimi hiss edəcəksiniz. Texno Parkı izləyin ki, hansı tərəfdə olduğunuzu özünüz seçin. Oyunda ekstrim vəziyyətlərin yaşanıb-yaşanmadığını tam olaraq deyə bilməsək də, bu həftə Texno Parkın efirində “Ekstrim” şousu inanılmaz görüntülərlə yadda qalacaq.Odur ki, bu bazar, saat 19:00-da ATV kanalında Zaur Əliyevin təqdimatında Texno Parkı izləməyi unutmayın.Verilişin informasiya dəstəyi Milli.Az və Day.Az saytıdır.

 

 

Mənbə: Milli.Az

25 oktyabr 2013
GO BACK