Qadin.NET / "Yunan-Roma" güləşü üzrə ənənəvi respublika turniri başladı

"Yunan-Roma" güləşü üzrə ənənəvi respublika turniri başladı

 

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Yevlaxın Xaldan Kənd Kompleks Orta Məktəbinin idman zalında “Yunan-Roma” güləş növü üzrə ənənəvi respublika turnirinə start verilib. Yarışın keçirilməsində məqsəd SSRİ xalq müəllimi, şöhrət ordenli Zahid Şöyübovun xatirəsini yad etmək, gənclər və yeniyetmələr arasında vətənpərvərlik ruhunun tərbiyəsi, regionda yunan-roma güləşini inkişaf etdirmək və kütləviliyinə nail olmaqdır.Sayca 26-cı turnirin açılışında Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisiBinyamin Musayev, Gənclər və İdman Nazirliyinin baş mütəxəssisi, əməkdar idman ustası Tofiq Eyvazov çıxış ediblər. Qeyd edək ki, turnirdə 11 rayondan olan 18 komanda iştirak edir. Komandaları 191 yeniyetmə və gənc pəhləvan təmsil edir. Yarışda 1997-2002-cil il təvəllüdlü güləşçilər 12 çəki dərəcəsində mübarizə aparırlar.FİLA-nın mövcüd qaydalarına əsasən, yarışı Yevlax şəhər Gənclər və İdman İdarəsi tərəfindən təyin olunmuş hakimlər kollegiyası idarə edir. Qusar, Sumqayıt, Qubadlı, Mingəçevir, Daşkəsən, Abşeron, Şirvan və Yevlaxdan olan yeniyetmə pəhləvanlar 2 gün ərzində güclərini sınayacaqlar. Sonda 1, 2 və 3-cü yerləri tutmuş idmançılar Yevlax şəhər Gənclər və İdman idarəsi tərəfindən fəxri fərman və medallarla mükafatlandırılacaqlar.

 

 

Mənbə: Milli.Az

25 oktyabr 2013
GO BACK