Qadin.NET / Doğum evində uşaqlar səhv düşdü

Doğum evində uşaqlar səhv düşdü

 

 

Argentinada eyni klinikada övladlarını dünyaya gətirən iki ana uşaqların səhv düşdüklərini təsadüfən anlayıblar.Milli.Az New York Daily News-a istinadən bildirir ki, San Xuan şəhərindəki "Sanatorio Argentino" klinikasında uşaqlarını doğan iki qadın üç həftə sonra təsadüfən klinikada övladlarını müayinə etdirmək qərarına gəliblər.Müayinə zamanı uşaqların və onların analarının DNA-larının fərqli olduğu aşkarlanıb.Analar uşaqlarını səhv saldıqlarını anlayıblar və yanlışlığı aradan qaldırmaq üçün övladlarını "mübadilə" ediblər.Vəkil Mariya Lorena Qerbeno deyib: "Oğlumun çəkisinin onun doğulanda qeydə alınmış çəkisindən az olduğunu anladım.Sən demə, oğlum həmin gün həmin klinikada oğul doğmuş Veronika Tehadanın övladı ilə səhv düşüb".Veronika Tehada bildirib ki, oğlunun çəkisi o, doğulanda qeydə alınmış çəkidən artıqmış və bu da onu şübhələndirib.
Mənbə: Milli.Az
25 oktyabr 2013
GO BACK