Şaxta və quraqlığa dözümlü sortlar yetişdirilib. Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Respublika Elmi-tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun, Lənkəran çay və sitrus bitkiləri filialının mütəxəssisləri, çay kollarının yeni növlərini əldə ediblər. Yetişdirilən yeni forma və sortlar artıq öz uğurlu nəticəsini verib. Yeni sortlar şaxtaya, quraqlığa dözümlülüyü, eləcə də kimyəvi tərkibinə və əsası isə məhsuldarlığına görə fərqlənir.Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitunu, Lənkəran, Çay Və Sitrus Bitkilər Filialının direktoru Fərman Abdullayev bildirdi ki, çay bitkisi ilk dəfə 1912-ci ildə Azərbaycanın Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb. İnstitutun Lənkəran çay və sitrus bitkiləri filialının mütəxəssisləri, çay bitkisinin yenidən şan-şöhrətini qaytarmaq üçün yeni çay kolları yetişdiriblər. Yeni formalar sərt hava şəraitinə dözümlülüyü ilə digərlərindən fərqlənir.Lənkəran çay və sitrus bitkiləri filialının mütəxəssislərinin çay kolları üzərində apardıqları elmi–tədqiqat işləri nəticəsində yeni forma-sortlar əldə edilib. Filialın direktoru Fərman Abdullayev deyir ki, dünyada, əsasən, çayın 2 növü TEA SİNEZEZ - yəni Çin və TEA ASAMİKA–Nind növləri becərilir. Bizim bölgəmiz üçün TEA SİNENZEZ - yəni Çin növü daha münasibdir. XIX əsrin axırlarından, XX əsrin əvvəllərində respublikamıza gətrilib əkilən bu çay növü, digər subtropik bitkilər kimi müxtəlif vaxtlarda alim və mütəxəssislər tərəfindən elmi-təqdiqat işlərinə cəlb edilib.Fərman Abdullayev əlavə etdi ki, hal-hazırda çay kolleksiya bağında alimlər tərəfindən indiyənə kimi 260-dan çox forma müəyyən edilib ki, bunlardan da 60-a yaxın formalar kolleksiya bağında qorunub saxlanılır. Bəzi formalar olur ki, toxumla artırıldıqda, genetik parçalanma çox güclü getdiyinə görə, valideyin cütlüyünə oxşar sortlar-formalar alınmır. Həmin formaları almaq üçün isə yeganə çıxış yolu klon seleksiyası yolu ilə sort və formaların alınmasıdır.Fərman Abdullayev qeyd etdi ki, həmin formalar müəyyən edildikdə, çilik vasitəsilə onlar klon suyunda artırılır və kolleksiya bağında yerləşdirilir. Bütün parametrlər, elmi əsaslarla öyrənilir. Yəni həm məhsuldarlıq, həm şaxtaya və quraqlığa dözümlülüyü, kimyəvi tərkibi.Daha üstün, daha perspektivli formalar - sort sınağına təqdim edilir. Həmən sortlar da gələcəkdə fermer təsərrüfatlarına təqdim etməkdən ötrü çilik vasitəsilə artıra bilinir.Bu il 1ha yaxın yeni çay plantasiyasının salınması planlaşdırılıb. Bunun üçün də əkinə qədər lazımi işlər yerinə yetirilib. Bu sortların müsbət cəhəti ondan ibarətdir ki, ancaq yerli populyasiyadan alınan forma və sortlardır. Bu da bölgənin tam iqlim şəraitinə uyğun sortlardır. Bu sortlar da yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malikdirlər. Yeni sortlar rayonlaşdırdıqdan sonra, geniş şəkildə artırılaraq, yeni plantasiyalar salınacaq, bu da gələcəkdə bölgənin çayçılığın əvvəlki şan-şöhrətini özünə qaytarmış olacaq.
Mənbə: Milli.Az