Qadin.NET / Şahmatçılarımız Dünya çempionatında

Şahmatçılarımız Dünya çempionatında

 

 

Kişi şahmatçılardan ibarət Azərbaycan yığması komandalar arasında dünya çempionatında iştirak edəcək. Azerisport.az xəbər verir ki, mötəbər yarışa 10 komanda qatılacaq.Bunlar Rusiya, Ukrayna, Hollandiya, Ermənistan, Almaniya, ABŞ, Çin, Misir və təşkilatçı ölkə Türkiyədir. Reqlamentə, əsasən, 10-cu ölkə FİDE prezidenti tərəfindən dəvətnamə əsasında seçilir. FIDE prezidenti Kirsan İlyumjinovAzərbaycan yığmasını dəvət edib. Azərbaycan Şahmat Federasiyası turnirdə iştirakını təsdiqləyib. Yarış noyabrın 24-dən dekabrın 6-nadək Türkiyənin Antalya şəhərində keçiriləcək.

 

Mənbə: Milli.Az

25 oktyabr 2013
GO BACK