Oktyabrın 26-27-də Bakı şəhərinin 7 rayonunda ənənəvi olaraq kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçiriləcəkKənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarmarkaya 400 tondan artıq kənd təsərrüfatı məhsulu çıxarılacaq. Qiymətlər bazar qiymətlərindən orta hesabla 20-30% aşağı olacaq və əsasən mövsümü məhsullar üstünlük təşkil edəcək.Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2006-cı ildən bu günə qədər 772 yarmarka keçirilib və ümumilikdə 163 427 ton məhsul satılıb.Yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq:1. Binəqədi rayonunda Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin həyəti; 2. Xətai rayonunda "Bakı" kinoteatrının yanı; 3. Nərimanov rayonunda Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi; 4. Nəsimi rayonunda "Təzə bazar"ın ərazisi, 3-cü mikrorayon, "Tovuz-Baltiya LTD"nin ərazisi; 5. Səbail rayonunda Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı; 6. Suraxanı rayonunda Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2, Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı; 7. Yasamal rayonunda Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanında
Mənbə: Milli.Az