Dövlət başçıları Minskdə MDB sammitində iştirak etmək üçün Müstəqillik Sarayına gəliblər. Bu barədə Trend BELTA-ya istinadən məlumat verir.Belarus Prezideni Aleksandr Lukaşenko Müstəqillik Sarayına gələn ali qonaqları salamlayıb. Onların arasında Azərbaycan, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna və Ermənistan prezidentləri var.Qırğızıstan sammitdə Baş nazirin birinci müavini, Türkmənistan isə Baş nazirin müavini səviyyəsində təmsil olunurlar.MDB Dövlət Başçıları Şurasının iclası Belarusun 2013-cü ildə MDB-də sədrliyi çərçivəsində əsas tədbir olacaq. Belarusun MDB-də sədrliyi dövründə 70-dən artıq iqtisadi, ekoloji, humanitar və regionlararası məsələlər müzakirə olunacaq. Sammitin gündəliyində humanitar əməkdaşlıqdan tutmuş təhlükəsizlik məsələlərinədək 14 bənd var.2014-2016-cı illər üçün terrorizmlə və ekstremizmin digər zorakılıq ünsürləri ilə mübarizə, həmçinin 2014-2018-ci illər üçün narkotik maddələrin qanunsuz dövriyyəsi və narkomaniya əleyhinə mübarizə üzrə əməkdaşlıq haqqında proqramların təsdiq edilməsi planlaşdırılır.Həmçinin, 2014-2018-ci illər üçün cinayətkarlıqla birgə mübarizə tədbirləri üzrə dövlətlərarası proqramı, həmin dövrdə insan alveri ilə mübarizədə MDB iştirakçı dövlətlərinin əməkdaşlığı haqqında proqramı müzakirə etmək gözlənilir.Bundan başqa, dövlət başçıları korrupsiya əleyhinə dövlətlərarası şuranın yaradılması haqqında sazişi və informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizə üzrə əməkdaşlıq konsepsiyasını təsdiq edəcəklər.Humanitar əməkdaşlıq sahəsində 1941-1945-ci illər Böyük Vətən müharibəsinin 70 illiyinin qeyd edilməsinə hazırlıq məsələlərini nəzərdən keçirmək, 2014-cü ilin MDB-də "Turizm ili" elan edilməsi və 2014-cü ildə "Birliyin mədəniyyət paytaxtı" dövlətlərarası proqramının reallaşdırılması haqqında qərarın qəbul edilməsi planlaşdırı
Mənbə: Milli.Az