Qadin.NET / Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müraciətin vaxtı uzadıldı

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müraciətin vaxtı uzadıldı

 

Azərbaycan Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 2 sentyabr 2013-cü il tarixdə 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulunun müddəti cari ilin dekabr ayının 31-dək uzadılıb.Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyularaq bu gün də uğurla davam etdirilən şəffaf və obyektiv meyarlar əsasında müsabiqə yolu ilə qulluğa qəbulun keçirilməsi prokurorluq orqanlarının kadr heyətinin mütəmadi olaraq, yüksək hazırlıqlı, zəruri peşə keyfiyyətlərinə və zəngin dünyagörüşünə malik gənc mütəxəssislər hesabına komplektləşdirilməsinə şərait yaratmış, yeni nəsil prokurorluq işçilərinin formalaşmasında mühüm vasitə olub.Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktların siyahısı və digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcəkdir.Müsabiqə ilə bağlı prokurorluğun internet səhifəsindən (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və 437-28-56, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə müvafiq məlumat əldə etmək olar.

 

 

Mənbə: Milli.Az

25 oktyabr 2013
GO BACK