Qadin.NET / Boksçumuz sensasiya edərək finala çıxdı, Məcidov tanış rəqibə qarşı

Boksçumuz sensasiya edərək finala çıxdı, Məcidov tanış rəqibə qarşı

 

 

Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatı başa çatmaq üzrədir. Azerisport.az xəbər verir ki, bu gün günorta proqramında arenaya Cavid Çələbiyev (56 kq) çıxıb. O, “A” rinqində ev sahibi Kayrat Yaralıyevlə görüşüb. Gərgin mübarizədə qazax idmançıya yerli publikanın da köməyi çatmayıb. Gənc boksçumuz inamlı qələbə qazanaraq, finala adlayıb. Mütəxəssislər onun həlledici mərhələyə yüksəlməsini sensasiya kimi qarşılayıblar.Bir azdan rinqə titullu boksçumuz Teymur Məmmədov (91 kq) çıxacaq. Onun rəqibi italiyalı Klemente Russodur.Milli komandamızın lideri Məhəmmədrəsul Məcidov (+91 kq) da Apennin təmsilçisi ilə qarşılaşacaq. Onun rəqibi London-2012-də hakimlər tərəfindən uduzdurulduğu Roberto Kammarelle olacaq.

 

Mənbə: Milli.Az

25 oktyabr 2013
GO BACK