Qadin.NET / İdmançımız Avropa və Dünya rekordunu yenilədi

İdmançımız Avropa və Dünya rekordunu yenilədi

 

Xəbər verdiyimiz kimi, Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idmanı üzrə milli komanda üzvləri İspaniyanın Alekante şəhərində keçirilən Avropa çempionatında iştirak edirlər. Azerisport.az xəbər verir ki, komandanın üzvüYelena Taranova bu gün keçirilən yarışda 10 metr P2 kateqoriyasının finalında 195 xalla Dünya və Avropa rekordunu yeniləyərək Avropa çempionatının qızıl medalına sahib oldu.Qeyd edək ki, Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idmanı üzrə komandası 50 metr P4 kateqoriyasında komanda hesabı ilə 1538 xalla 3-cü yerə layiq görülmüşdür.

 

Mənbə: Milli.Az

25 oktyabr 2013
GO BACK