Qadin.NET / Təhsil Nazirliyi məktəbəqədər təhsil sektoru üzrə özəl fəaliyyətlə məşğul olmaq təşəbbüslərini dəstəkləyəcək

Təhsil Nazirliyi məktəbəqədər təhsil sektoru üzrə özəl fəaliyyətlə məşğul olmaq təşəbbüslərini dəstəkləyəcək

 

Məktəbəqədər təhsil sahəsi üzrə müəssisələrin çatışmazlığı yalnız dövlət resursları hesabına həll edilməli deyil. Bu məsələnin həllini özəl sektorla əməkdaşlığın genişlənməsində axtarmaq lazımdır.Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.Nazir bildirib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müvafiq infrastrukturun yaradılması məsələsi də nəzərdə tutulur.M.Cabbarov deyib ki, məktəbəqədər təhsil sektoru üzrə özəl fəaliyyətlə məşğul olmağa maraq olarsa, TN bu təşəbbüsləri dəstəkləməyi nəzərdə tutur: "Bunun üçün Azərbaycan Respublikasının qanunvericiliyi də təkmilləşdirilir. Əsas məsələ həmin müsssisələrin və müraciət edən tərəflərin Azərbaycanın təhsil qanunvericiliyinə uyğun olaraq bütün norma, tələb və stnadartlara cavab vermələridir".

Mənbə: Milli.Az

25 oktyabr 2013
GO BACK