Dünyanın ən populyar sosial şəbəkəsi olan Facebook lider mövqelərini itirməkdədir.Belə ki, Twitter mikrobloqinq servisi yeniyetmələr arasında Facebook və İnstagram-la müqayisədə daha populyardır.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ötən il keçirilmiş sorğuların nəticələrinə görə, yeniyetmələrin 42 faizi ən mühüm sosial şəbəkə və servis platforması qismində Facebook-un adını çəkmişdilər.Bu il isə Facebook-a üstünlük verən yeniyetmələrin sayı cəmi 23 faiz olub.Mütəxəssislərin dediklərinə görə, yeniyetmələrin Facebook-dan narazılığının konkret səbəbləri var."Yeniyetmələrin fikrincə, Facebook-da dramatizm artıb. Üstəlik, istifadəçilər arasında yaşı 35-dən çox olanların sürətli artımı da müşahidə olunur. Bu isə yeniyetmələri Facebook-dan kənarlaşdırır", - sorğunu keçirmiş "Piper Jaffray" analitik şirkətinin ekspertlərinin hesabatında deyilir.Facebook-un banisi və sahibi Mark Sukerberq də yeniyetmələrin sosial şəbəkədən soyumağa başladıqlarını etiraf edib.Facebook-a məxsus olan İnstagram fotoservisinə gəldikdə isə, əgər ötən il bu servis yeniyetmələrin 12 faizi tərəfindən bəyənilmişdisə, indi həmin göstərici 23 faizə bərabərdir."Pew Research" sosioloji tədqiqatlar şirkəti isə hesabatında vurğulayıb ki, Facebook-da "yaşlılar" arasında kəskin mübahisələrin artması yeniyetmələri sosial şəbəkədən uzaqlaşdırır. Buna rəğmən, Facebook yeniyetmələr arasında mühüm sosiallaşma vasitələrindən biri olaraq qalır.Sorğu zamanı o da bəlli olub ki, orta statistik yeniyetmənin Facebook-da təxminən 300 "dostu" varsa, Twitter-də bu rəqəm 79 nəfərdir.