57 yaşlı Ni Linmeyin saçının uzunluğu 2,89 metr idi. O, 16 ildən bəri saçına qayçı vurmurdu.Qətran təki qara rəngli saça malik qadın dünən qayçını ələ alaraq uzun saçı ilə vidalaşıb.Milli.Az AsiaOne-a istinadən bildirir ki, Çinin Şansi vilayətindəki Tayyuan şəhərində yaşayan Ni Linmey dünyanın ən uzunsaçlı qadınlarından biridir.Uzun saç gözəl olsa da, Nini yorurdu."Saçımın çox uzun olması məni məşhurlaşdırıb. Çünki insanlar gəlib mənimlə fotolar çəkdirir, əlimi sıxır, öpürdülər. Populyarlıq yaxşıdır. Amma belə uzun saç artıq başımı ağrıdırdı. Üstəlik, saçım çox uzun olduğundan onu hər gün yumaq gərəkdir. Hər saçımı yuyanda da ən azı 2 saat vaxtım gedir. Belə həyat məni bezdirdi", - Ni Linmeyn söyləyib.Ni saçlarını kəsdirmək fikrini açıqlayandan sonra kəndin qadınları onu niyyətindən döndərməyə çalışıblar. Amma Ni inad edib.Belədə kəndin 4 sakini Nini bərbərxanaya qədər müşayiət edib.