Səbirsizliklə gözlənilən yeni sportkarın debütü yanvar ayında deyil, bu il Detroyt avtosalonunda olacaq.Milli.Az Auto.az-a istinadən bildirir ki, rəsmi təqdimat qışın ilk ayında olacaq, lakin ABŞ və Avropadan olan seçilmiş jurnalistlər qrupuna avtomobil gələn həftənin əvvəlində “Ford”-un Dirborndakı qərargahında göstəriləcək.Bu gələcək əfsanəni dünyada birinci görə biləcək jurnalistlər heç kimə heç nə deməli deyil, şəkilləri paylaşmalı deyillər. Lakin belə qadağalara baxmayaraq, yuxarıdan çəkilmiş şəkillər və bəzi texniki göstəricilər daim təqdimatdan əvvəl internetə sıza bilib. Bu dəfə də belə olacağı istisna edilmir.Məlum xəbərlərə görə “fordlular” bütün konstruksiyanı dəyişiblər. “Mustang” təxminən 2 sentner çəki atacaq, axır ki, arxa müstəqil asma əldə edəcək, mühərriklər qammasına isə 2.3-litrlik, 4-silindrli “EcoBoost” turbo yükləyicisi olan V-şəkilli “altılıq” və “Shelby GT350” modifikasiyasından güclü olan 5.0-litrlik 450 a.g. verən V8 daxil ediləcəkdir.
Mənbə: Milli.Az