Qadin.NET / Sinoptiklər xəbərdarlıq edirlər: Azərbaycanda temperatur yüksələcək, ancaq...

Sinoptiklər xəbərdarlıq edirlər: Azərbaycanda temperatur yüksələcək, ancaq...

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Azərbaycanda havanın temperaturunun enməsi bu gün əsasən günorta saatlarında müşahidə ediləcək. Oktyabrın 25-26-da isə hava şəraiti yenidən sabit və yağmursuz olacaq.Havanın temperaturu oktyabrın 24-ü ilə müqayisədə temperatur yenidən bir necə dərəcə yüksələcək.Həmin günlərdə havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15-20, Aran rayonlarında 19-24, dağlarda 10-15 dərəcə isti təşkil edəcəyi gözlənilir.Oktyabrın 25-26-da atmosfer təzyiqinin kəskin aşağı enəcəyi proqnozlaşdırılır ki, bu da meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti olacaq.Qeyd edək ki, oktyabrın 24-də gündüz Bakıda və Abşeron yarımadasında havanın temperaturu 8-13, rayonlarda 14-19 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti proqnozlaşdırılıb.
Mənbə: Milli.Az
25 oktyabr 2013
GO BACK