Qadin.NET / Hava haqqında - 25.10.2013

Hava haqqında - 25.10.2013


Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. 
Temperatur gecə 8-10°, gündüz 15-20°, Bakıda gecə 8-10°, gündüz 18-20° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 774 millimetr civə sütunundan 769 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. 
Temperatur gecə 5-10°, gündüz 20-25° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 12-17° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 1-6°, gündüz 19-24° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. 
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 12-17° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. 
Temperaturun gecə 4-9°, gündüz 18-23° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. 
Temperaturun gecə 3-8°, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 3°-dək isti, gündüz 9-14° olacağı ehtimalı var.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. 
Temperatur gecə 5-10°, gündüz 20-25° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
gündüz hava, əsasən, yağmursuz keçəcək. Səhər dağlarda duman olacağı gözlənilir.
Temperatur gecə 8-11°, gündüz 20-24° isti, dağlarda gecə 0-5°, gündüz 15-20° isti olacaq.
Tibbi-meteoroloji proqnoz

 

Oktyabrın 25-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskonfort hissi yaratsa da, oktyabrın 26-27-də meteoroloji amillərin zəif və mülayim dəyişikliyi əsasən əlverişlidir.
Mənbə: Milli.Az
25 oktyabr 2013
GO BACK