Qadin.NET / Yeni Mac Pro dekabrda satılacaq

Yeni Mac Pro dekabrda satılacaq

 

Apple şirkəti San-Fransisko şəhərində keçirilən mətbuat konfransında yeni Mac Pro kompüterinin qiymətlərini elan edib. 12 QB əməli yaddaş və 2 QB video yaddaşla təchiz edilmiş standart versiyanın qiyməti 2999 dollar olacaq. Kompüter ABŞ-da yığılacaq.Milli.Az ICTnews-a istinadən bildirir ki, o, 12 nüvəli Intel Xeon E5 prosessoru ilə təchiz edilib. Əməli yaddaş həcmi artırılıb. Bundan başqa, kompüterə iki qrafik sürətləndirici əlavə edilib ki, bu da fotoşəkil və video ilə iş effektliliyini xeyli artıracaq. Mac Pro cari ilin dekabrında satışa çıxarılacaq.Həmçinin bü gündən yenilənmiş Macbook Air və Macbook Pro kompüterinin satışlarına başlanılır.
Mənbə: Milli.Az
24 oktyabr 2013
GO BACK