Qadin.NET / Onlar lobbiçiliyə pulu sel kimi ayırır

Onlar lobbiçiliyə pulu sel kimi ayırır

 

Facebook və Apple şirkətləri 2013-cü ilin üçüncü rübündə ABŞ-da lobbizm üçün xərcləri xeyli artırıb. Bu barədə şirkətlərin sənədlərinə istinadən Consumer Watchdog hüquq müdafiə resursu məlumat verib.Facebook lobbiçiliyə ümumilikdə 1,4 milyon dollar xərcləyib ki, bu da 2012-ci ilin analoji göstəricisini 47 faiz üstələyir. 2012-ci ilin iyul-sentyabrında sosial şəbəkə lobbistlərin hesabına 980 min dollar köçürüb. Lobbiçilərə çəkilən xərclərin artım dinamikasına görə birincilik Apple şirkətinə məxsusdur. Belə ki, 2012-ci ilin üçüncü rübü ilə müqayisədə ABŞ istehsalçısının lobbizm üçün xərcləri 111 faiz artaraq 960 min dollar təşkil edib.Milli.Az ICTnews-a istinadən bildirir ki, yüksək texnologiyalar sektorunun maraqların yeridilməsi üçün xərclər üzrə mütləq lideri Google şirkəti olub. Üçüncü rübdə şirkət bu məqsədlə 3,4 milyon dollar xərcləyib ki, bu da Federal Ticarət Komissiyası tərəfindən şirkətə qarşı araşdırmaların aparıldığı 2012-ci ildən 21 faiz azdır.Bundan başqa, Microsoft lobbiçilərin hesabına pulköçürmələrini 20 faiz artıraraq 2,2 milyon dollara çatdırıb.Telekommunikasiya şirkətləri arasında hamıdan çox lobbizmə xərcləyən AT&T şirkəti olub. Bu istehsalçı öz maraqlarının yeridilməsi üçün 4,3 dollar xərcləyib. İkinci yerdə 3,04 milyon dollarla Verizon şirkəti qərarlaşıb.

 

Mənbə: Milli.Az
24 oktyabr 2013
GO BACK