Chrome brauzerində valideyn nəzarəti funksiyasına malik hesablar yaratmaq imkanı mümkün olub. Bu haqda brauzerin rəsmi bloqunda məlumat dərc edilib.Artıq Chrome brauzerində konkret istifadəçilər üçün bu və ya digər saytlara daxil olmağa məhdudiyyətlər quraşdırmaq olar. Nəticədə valideynlər uşaqlarını böyüklər üçün məzmundan qoruya biləcəklər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, valideyn nəzarəti funksiyasını aktivləşdirmək üçün yeni hesab yaratmaq lazımdır. Bundan sonra xüsusi səhifədən icazə verilmiş və bloklanmış saytların siyahısını idarə etmək mümkün olacaq. Valideyn nəzarəti funksiyası hələ ki beta-test rejimində əlçatandır.
Mənbə: Milli.Az