Qadin.NET / Sel Astaraya ziyan vurub

Sel Astaraya ziyan vurub

 

Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, ötən gün axşam saatlarından başlayan leysan yağışları Azərbaycanın bir çox bölgələri kimi, cənub bölgəsində də bir sıra fəsadlar törədib. Daha çox ziyan çəkən rayon Astara rayonu olub. 12 saat ərzində rayona düşən yağıntının miqdarı 49,6 millimetr təşkil edib ki, bu da on günlük norma qədərdir.Yağıntılar nəticəsində rayonun Ərçivan qəsəbəsindən Kijabə qəsəbəsinə gedən istiqamətdə 15, Artupa kəndində isə 20-yə yaxın fərdi yaşayış evi, həmçinin həyətyanı sahələr su altında qalıb.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional mərkəzinin əməkdaşları təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədilə hadisə yerinə səfərbər olunublar. Ağır texnika, maşın və mexanizmlərin köməyi ilə sel sularının fərdi yaşayış evlərinin həyətyanı sahələrindən kənarlaşdırılması istiqamətində tədbirlər görülməkdədir. Bölgədə yağmurlu hava şəraiti davam edir.
Mənbə: Milli.Az

 

24 oktyabr 2013
GO BACK