Qadin.NET / Lənkəranın demoqrafik vəziyyəti açıqlandı

Lənkəranın demoqrafik vəziyyəti açıqlandı

 

Rayonun əhali sayı artaraq 217 min 742 nəfərə çatıb.2013-cü ilin son 9 ayı ərzində Lənkəran rayonunda əhalinin sayında artım müşahidə olunub. Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, bu fikirləri Lənkəran Rayon Statistika idarəsinin rəisi Vaqif Mustafayev CTV-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, cari ilin 9 ayı ərzində əhalinin sayıda 1939 nəfər, yaxud 0,9 faiz artım olub.Lənkəran rayonunda əhalinin 2013-cü ilin ilk 9 ayına olan demoqrafik vəziyyəti açıqlanıb. Rayon Statistika idarəsinin rəisi Vaqif Mustafayev bildirib ki, cari ilin oktyabr ayının birinə olan ilkin hesablamada əhalinin sayı 217 min 742 nəfər təşkil edib. Bu da ötən illə müqayisədə 1939 nəfər və yaxud 0.9 faiz çoxdur. Əhalinin ümumi sayının 39.5 faizi şəhər, 60.5 faizi isə kənd sakinləridir. Bunun da 109 min 121 nəfəri və ya 50.1 faizi kişi, 108 min 621 nəfəri, yəni 49.9 faizi qadındır. 2013-cü ilin yanvar-sentyabr ayları ərzində rayonda 2922 diri doğum və 998 ölüm halları qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə doğum sayı 2960, ölüm halları 985 olub. 1 yaşa qədər körpə ölümü isə azalıb. Belə ki, əgər 2012-ci ildə 6 uşaq ölümü qeydə alınmışdırsa, cari ilin eyni dövründə bu göstərici 3-ə düşüb.
Cari ilin doqquz ayı ərzində rayonda 1496 nikah və 140 boşanma qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə olan hesabı ilə nikahların sayının 7,9-dan 9,2-ə qədər, boşananların sayının isə 0,8-dən 0,9-a qədər artması deməkdir. 2013-cü ildə 1496 nikah, 140 boşanan olubsa, ötən ilin analoji dövründə 1275 nikah, 128 boşanma qeydə alınıb. 2013-cü ilin 9 ayı ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən rayona daimi yaşamaq üçün gələn 152 nəfər, rayondan gedən 137 nəfər vətəndaş qeydə alınıb. Miqrasiya saldosu müsbət 15 nəfər olub.
Mənbə: Milli.Az

 

24 oktyabr 2013
GO BACK