Qadin.NET / Azərbaycanda İİV müayinəsi aparan kabinetlərin sayı artırılacaq

Azərbaycanda İİV müayinəsi aparan kabinetlərin sayı artırılacaq

 

Azərbaycanda İİV-ə görə müayinənin əlcatanlığını təmin etmək üçün Könüllu Məsləhət və Müayinə kabinetlərinin sayı artırılacaq.Respublika QİCS-lə Mübarizə Mərkəzindən (RQMM) Trend-ə verilən məlumata görə, hazırda ölkənin müxtəlif regionlarında 34 Könüllu Məsləhət və Müayinə Kabineti fəaliyyət göstərir. Bu ilin sonunadək belə kabinetlərin sayı 38-ə çatdırılacaq. Respublikanın müxtəlif yerlərində belə kabinetlərin fəaliyyət göstərməsi daha çox insana, xüsusilə də ən həssas və təcrid olunmuş əhali qruplarına İİV-ə yoluxub-yoluxmama vəziyyətlərini öyrənmək imkanı verir.Mərkəzdən bildirilib ki, İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi üçün 08.11.2006-cı il tarixdən antiretrovirus terapiya (ART) tətbiq edilir. Artıq 1627 İİV-lə yaşayan insan bu terapiyaya cəlb olunub. Onlardan 326 nəfəri müalicəyə bu ilin 9 ayı ərzində başlayıb. Eyni zamanda RQMM-də dispanser qeydiyyatda olan xəstələrə müalicə və dəstəyin daha yüksək səviyyədə çatdırılması üçün respublikanın 6 rayonunda ART mərkəzləri yaradılıb

Mənbə: Milli.Az

24 oktyabr 2013
GO BACK