Qadin.NET / Facebook-un yaradıcısı bir günə 6 milyon qazanır

Facebook-un yaradıcısı bir günə 6 milyon qazanır

 

Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Sükerberqin 2012-2013-cü illərdəki qazancı 2,27 milyard dollar olub. Orta hesabla onun gündəlik qazancı 6 milyon dollardır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, belə bir məlumatı ABŞ-ın GMİ RAtings şirkəti yayıb. Ən çox qazanan şirkət rəhbərləri arasında ikinci yeri neft və qaz xətləri operatoru şirkəti Kinder Morgan-ın icraçı direktoru Riçard Kinder tutur. O, son bir il ərzində 1,1 milyard dollar pul qazanıb.

Mənbə: Milli.Az

24 oktyabr 2013
GO BACK