Qadin.NET / Qaraçı toyu: bəyin 11, gəlinin 13 yaşı var

Qaraçı toyu: bəyin 11, gəlinin 13 yaşı var

 

Rusiyanın Armavir şəhərindəki bu toyla bağlı böyük qalmaqal yaranıb.Milli.Az "Yujnıe novosti"yə istinadən bildirir ki, Armavir şəhərindəki qaraçıların "baron"larından sayılan Nikolay Qırcoğlunun qızı Albina və milyonçu qaraçıAnton Merdovun oğlu Petronun toyunu indi Rusiya İstintaq Komitəsi araşdırır.Çünki təzə bəyin 11, gəlinin isə 13 yaşı var və onların toyunu edən valideynləri RF Cinayət Məcəlləsinin bir sıra maddələri ilə tövsif olunan cinayətlər törətməkdə şübhəli bilinirlər.Armavirdəki qaraçılar isə buna etiraz edir, rəsmi orqanları qaraçıları təhqir etməkdə suçlayırlar."Biz qaraçılarda erkən yaşlarda toy və nikah adi məsələdir, ənənədir. Üstəlik, azyaşlı gəlinlə bəyin toydan sonra birlikdə yaşamaları şərt deyil. Yəni Albina və Petronun toyları olubsa, onlar hələ tam mənada ər-arvad sayılmırlar. Albina və Petro yalnız yetkinlik yaşına çatandan sonra birlikdə yaşayacaqlar", - Armavir qaraçıları bildiriblər.Şəhər prokurorluğu isə bu iddiaları "mənasız bəraət" sayır. Aparılmış araşdırma göstərir ki, Albina və Petro toydan sonra birlikdə, ər-arvad kimi yaşamağa başlayıblar.

 Mənbə: Milli.Az
24 oktyabr 2013
GO BACK