Oktyabrın 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 1,44 dollar və ya 1,4% azalaraq 1 barelə görə 96,86 dollar təşkil edib.
APA-nın məlumatına görə, oktyabrın 23-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,17 dollar və ya 2,0% azalaraq 107,80 dollar olub.
Mənbə: Milli.Az